"Qarnaço üzr istədi"

  • 19 Aprel 2024, 23:21

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq bildirib ki, komandanın cinah oyunçusu Alexandro Qarnaço mütəxəssisin onu əvəzləmək qərarını şübhə altına alan paylaşımları bəyəndiyinə görə üzr istəyib.

Sportlife.az xəbər verir ki, mütəxəssis “O, bunun üçün üzr istədi. İndi davam edirik. Qarnaço gənc oyunçudur və öyrənməli çox şey var" deyə mətbuat konfransında jurnalistlərə bildirib.

“Mançester Yunayted” aprelin 21-də İngiltərə kubokunun yarımfinalında “Koventri” ilə qarşılaşacaq.


Paylaş: