"Real" almaniyalı müdafiəçiylə maraqlanır
"Real" gələn yay "Bayer"in müdafiəçisi Conatan Ta ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, 28 yaşlı futbolçunun Leverkuzen klubuyla müqaviləsi gələn yay bitir. "Kral klubu" onu azad agent kimi heyətinə qatmaq istəyir.
Ta 2015-ci ildən "Bayer"də çıxış edir. O, bu mövsüm 10 oyunda meydanda olub və 1 qol vurub.