Riyad Mahrez Arsenala gore oz klubunu tengid etdi, leicester city

Riyad Mahrez Arsenala görə öz klubunu tənqid etdi

  • 2 Dekabr 2017, 23:33

"Lester Siti"nin əlcəzairli üzvü Riyad Mahrez klubunu tənqid edib. Sportlife.az xəbər verir ki, 26 yaşlı hücumçu rəhbərliyi "Arsenal"a keçidinə mane olmaqda günahlandırıb.
 
"Daily Mail"ə danışan Mahrez ötən il süni maneələrlə "Arsenal"a transferə əngəl olan rəhbərliyin onu aldatdığını deyib:
 
"Mənə təklif gələcəyi halda problem yaratmayacaqlarını demişdilər. Ancaq səhnə arxasında mənim qarşıma maneələr qoydular. Məni istəyən klublarla görüşdülər, ancaq satmaq istəmədiklərini dedilər. Kantenin müqaviləsində sərbəst qalma maddəsi var idi. O ayrıldıqdan sonra bu maddələri ləğv etdilər və artıq heç bir futbolçunun müqaviləsində sərbəst qalma dəyərinin olmayacağı deyildi".
 
Təcrübəli futbolçu istənilən halda yenidən zirvəyə yüksələcəyinə əminliyini dilə gətirib: "Özümə inanıram. Müqaviləm olsa da, olmasa da zirvəyə çıxacağam. Keyfiyyətiniz varsa və bunu nümayiş etdirsəniz, problem olmaz".

Paylaş: