
Rusiyalı yarımmüdafiəçi Alan Dzaqoev 33 yaşında futbolçu karyerasını bitirmək qərarına gəlib.
Sportlife.az xəbər verir ki, bu barədə Yunanıstanın “Lamia” klubunun rəsmi saytı məlumat yayıb.
Rusiya çempionatında Alan, 2008-ci ildən 2022-ci ilə qədər rənglərini qoruduğu "ÇSKA"dakı çıxışları ilə tanınır. Dzaqoev Rusiya millisinin tərkibində 58 oyun keçirib, 9 qol vurub.