Sabiq "Arsenal"lı Çempionşip klubunu çalışdıracaq

  • Dünən, 17:51

"Arsenal"ın sabiq futbolçusu Cek Uilşer "Norviç"in yeni baş məşqçisi təyin oluna bilər.

Sportlife.az "The Athletic" portalına istinadən xəbər verir ki, 32 yaşlı mütəxəssis hazırda "Arsenal"ın U-18 komandasını çalışdırır. O, futbolçu karyerasını iki il öncə iyulun 8-də bitirib.

"Norviç"ə hazırda Yohannes Torup başçılıq edir. Komanda 16 xalla Çempionşipdə 10 turdan sonra 7-ci yeri tutur.


Paylaş: