"Tottenhem" Postekoqlunun "Liverpul"a rəhbərlik etməyəcəyinə əmindir

  • 12 Fevral 2024, 19:42

"Tottenhem" rəhbərliyi komandanın baş məşqçisi Postekoqlunun "Liverpul"a rəhbərlik etmək üçün komandanı tərk etməyəcəyinə əmindir.

Sportlife.az "The Telegraph" istinadla xəbər verir ki, klub 58 yaşlı mütəxəssisin "Liverpul"un baş məşqçisi postuna namizədlərdən biri adlandırılmasına baxmayaraq, onun gələcəyindən qorxmur.

Yanvarın sonunda "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.


Paylaş: