
Totti: "Roma" 75 milyonluq təklifdən imtina edə bilməzdi"
"Roma"nın keçmiş kapitanı və hazırda klubun direktoru vəzifəsində çalışan Françesko Totti qapıçı Alissonun "Liverpul"a transfer olunmasını şərh edib.
Sportlife.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, o, braziliyalı qolkiperə görə edilən cəlbedici təklifdən imtina edə bilmədiklərini bildirib:
"Dünya tarixində ilk dəfə bir qapıçının transferinə görə bizə 75 milyon avro təklif olundu. Bu təklifdən imtina edə bilməzdik. Dünyadakı ən yaxşı qapıçılardan birini itirdiyimizə görə təəssüflənirik, amma biz yenə də güclü komanda quracağıq.
Ronaldonun A Seriyasına gəlişiylə bağlı nə deyə bilərəm? Ümid edirəm ki, o, özünü yaxşı tərəfdən göstərəcək və İtaliya A Seriyası əvvəlkindən də maraqlı olacaq".