Tuxel heç bir halda "Bavariya"da qalmayacaq

  • 19 Aprel 2024, 17:20

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az jurnalist Fabrizio Romanoya istinadla xəbər verir ki, Tuxel heç bir halda Münhen klubunda qalmayacaq.

"Klubla iyunda ayrılacağımla bağlı razılaşmam var, bu barədə məlumat verilib və hər şey qüvvədə qalır" - deyə Tomas bildirib.

50 yaşlı mütəxəssis 2023-cü ilin martından kluba rəhbərlik edir.


Paylaş: