
Yamal Messi və Neymarı geridə qoydu
"Barselona"nın futbolçusu Lamin Yamal Kataloniya klubunun sabiq üzvləri Lionel Messi və Neymarı geridə qoyub.
Sportlife.az xəbər verir ki, "Barsa" bu yaxınlarda Yamala həvalə olunan 10 nömrəli formanın satışı üzrə yeni rekorda imza atıb.
Satışın ilk günündə "Barselona" 70 min köynəyin satıldığını açıqlayıb və bu klubun tarixində rekord göstəricidir.
Bu göstəriciyə nə Messi, nə də Neymar nail ola bilib.