"Zadəganlar" bu günləri də gördü...

  • 24 Aprel 2024, 16:55

"Çelsi" klubu tarixinin antirekorduna imza atıb.

Sportlife.az xəbər verir ki, bu, ötən gecə "Arsenal"la görüşdə reallaşıb. "Zadəganlar" 29-cu turun təxirəsalınmış matçında "topçular"a 0:5 hesabı ilə uduzublar.

“Çelsi” tarixində ilk dəfə London derbisində 5 oyunluq fərqlə məğlub olub.

Bundan əlavə, klub bu mövsüm ölkə çempionatında 57 qol buraxıb. Bu da klub tarixinin antirekordudur.

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 47 xalla 9-cudur.


Paylaş: