Abubakar yığmaya lazım olmadı
“Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmayıb.
Sportlife.az xəbər verir ki, turnir 21 dekabr – 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək. Kamerun komandası yarış üçün heyətini açıqlayıb. Onana siyahıya daxil edilməyib.
2026-cı il dünya çempionatının seçmə oyunlarında kapitanlıq edən “Neftçi”nin ulduzu Vensan Abubakar da siyahıda yoxdur.
Kamerun yığmasının heyətində Karlos Baleba ("Brayton"), Brayan Mbemo ("Mançester Yunayted") və Karl Etta-Eyonq ("Levante") kimi oyunçular da var.
Kamerun Afrika Millətlər Kubokunun qrup mərhələsində Qabon, Kot-d’İvuar və Mozambik komandaları ilə qarşılaşacaq.