AFFA VAR mərkəzində seminar keçirdi

  • 3 Aprel 2024, 17:06

Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” klubunun Gənclər Liqasında çıxış edən komandası üçün Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən seminar keçirilib.

Sportlife.az xəbər verir ki, tədbirdə VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.

Eyni zamanda, suallar cavablandırılıb.

 


Paylaş: