
"Atalanta" "Yuventus"un təklifini qəbul etməyib
"Atalanta" Ten Kopmeyners üçün "Yuventus"un 45 milyon avroluq təklifini qəbul etməyib.
Sportlife.az xəbər verir ki, "qoca sinyora" qarşıdakı günlərdə təklifini daha artıracaq.
Kopmeyners karyerasını Turin klubunda davam etdirmək istəyir. Niderlandlı yarımmüdafiəçi klubların razılaşmağını gözləyir.
26 yaşlı futbolçu son mövsümdə 51 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.