Bölgə klubu kapitanı ilə razılığa gəldi

  • 8 İyun 2024, 14:01

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Şamaxı" transfer çalışmalarını davam etdirir.

Sportlife.az saytına verilən məlumata görə, bölgə təmsilçisi kapitanı Emin Zamanovla razılığa gəlib. O, növbəti mövsüm də "Şamaxı" formasını geyinəcək.

Rəsmi açıqlamanın yaxın vaxtda verilməsi gözlənilir.


Paylaş: