"Əl-Əhli" ingiltərəli forvardı transfer edir

  • 19 Avqust 2024, 14:40

"Əl-Əhli" "Brentford"un forvardı Ayven Touni üçün ikinci təklifini verib.

Sportlife.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu 28 yaşlı forvard üçün 50 milyon avronun üzərində bir məbləğ təklif edib. Tərəflər razılaşmağa yaxındır.

Touni 2020-ci ildən "Brentford"da çıxış edir. O, "arılar"ın heyətində 141 oyuna çıxıb və 72 qol vurub.

 


Paylaş: