Foden “Siti”də qalacaq
"Mançester Siti” yarımmüdafiəçisi Fil Fodenlə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Sportlife.az xəbər verir ki, “şəhərlilər” öz yetirməsini komandada saxlamaqda maraqlıdır.
Ancaq bildirilir ki, 25 yaşlı futbolçunun bu mövsüm qeyri-sabit çıxışı səbəbindən danışıqların asan keçməsi gözlənilmir.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 38 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.