Tonali 3 klubun hədəfində

  • Bu gün, 16:07

"Arsenal" və "Mançester Yunayted" "Nyukasl"ın dayaq yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.

Sportlife.az xəbər verir ki, bu 2 klub hazırda oyunçunun transfer etməyə əsas namizəd hesab olunur.

İtaliyalı futbolçu İngilltərə təmsilçiləri ilə yanaşı, "Real"ın da diqqət mərkəzindədir. "Kral klubu" oyunçunun performansını izləmək üçün skautlar göndərib.

Tonali 2023-cü ilin iyul ayından "Nyukasl"da çıxış edir və "Milan"dan 60,8 milyon avroya transfer olunub. Onun "sağsağanlar"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Tonali bu mövsüm klub səviyyəsində 44 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: