"Real"da Klopp səsləri

  • Bu gün, 13:07

Yurgen Klopp "Real"ın baş məşqçisi vəzifəsinə əsas namizəd hesab olunur.

Sportlife.az xəbər verir ki, "kral klubu"nun rəhbərliyi almaniyalı mütəxəssisin komandanı hazırkı vəziyyətdən çıxaracağına inanır. 

Tərəflər arasında hələlik rəsmi danışıqlar başlamayıb. Lakin Klopp məşqçiliyə qayıtmaq qərarına gələrsə, "Real"ı seçə bilər.

Qeyd edək ki, Kloppun baş məşqçi kimi sonuncu iş yeri 2024-cü ilin yayında ayrıldığı "Liverpul" olub. O, 2025-ci ilin yanvarından "Red Bull"da çalışır.


Paylaş: