Enrike günahı hücumçularda görür
PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in 25-ci turunda "Monako"ya 1:3 hesablı məğlubiyyəti şərh edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunu futbolçularının həlledici məqamlarda qeyri-dəqiq oynaması ilə əlaqələndirib:
"Bir çox oyunçumuz inanılmaz dərəcədə qeyri-dəqiq idi və biz buna öyrəşməmişik. "Monako" ilk hissədə əvvəlki 3 matça nisbətən daha az qol şansı yaratdı. Amma biz onlara ilk qolu hədiyyə etdik və həmin anlarda özümüzə inamsızlığımız açıq-aydın görünürdü.
Çətin matç idi və təbii ki, indi Çempionlar Liqasına köklənmək üçün ən yaxşı vaxt deyil, amma bunu düzəltməliyik".