"Tottenhem" Tudoru qova bilər
"Tottenhem" rəhbərliyi İqor Tudoru istefaya göndərə bilər.
Sportlife.az xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı mütəxəssisi göndərmək variantını nəzərdən keçirir.
London təmsilçisi Tudorun rəhbərliyi altında "Arsenal"a 1:4, "Fulhem"ə 1:2, "Kristal Pelas"a isə 1:3 hesabı ilə məğlub olub.
Hazırda "Tottenhem" turnir cədvəlində 29 xalla 16-cı yerdədir.
Qeyd edək ki, İqor Tudor bu vəzifəyə fevralın 14-də təyin edilib.