Millimiz Macarıstan səfərində
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Sportlife.az xəbər verir ki, yığmamız C Liqasının 3-cü qrupunda ikinci matçını səfərdə keçirəcək. Komandamız səfərdə Macarıstanla üz-üzə gələcək.
Felksutdakı “Panço Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyunda Bakıda Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub edib.