İki futbolçu üçün 80 milyon
"Mançester Yunayted" iki oyunçunun satışından 80 milyon avro qazanmağı gözləyir.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" bu yay Rasmus Heylund və Markus Reşfordu satmağı planlaşdırır.
Heylund hazırda "Napoli"də icarədədir. İtalyanlar artıq oyunçunun icarəsi üçün 6 milyon avro ödəyiblər. "Napoli"nin 44 milyon avro təzminatı ödəyərək forvardı birdəfəlik transfer edəcəyi gözlənilir.
Reşford isə icarə əsasında "Barselona"da çıxış edir. Mançester təmsilçisi oyunçuya 30 milyon avro qiymət qoyub.