Qadın hakimə görə 12 oyunluq cəza
Braziliyanın "Braqantino" klubunun müdafiəçisi Qustavo Markes qadın hakim haqqında seksist ifadələr işlətdiyinə görə 12 oyunluq diskvalifikasiya edilib.
Sportlife.az xəbər verir ki, hadisə fevral ayında San Paulo Dövlət Çempionatının 1/4 final matçında baş verib. Həmin oyunda "Braqantino" "San Paulo"ya 1:2 hesabı ilə uduzub. Oyundan sonrakı müsahibədə Markes təşkilatçıları qadın hakim Diana Munizin oyunu idarə etməsinə icazə verdiyinə görə tənqid edib. Xüsusilə bildirib ki, bu qədər böyük bir matç qadın referiyə tapşırılmamalıdır. Müdafiəçinin sözləri Braziliya futbol ictimaiyyətində kəskin reaksiyaya səbəb olub.
Qustavo Markes 12 oyunluq cəzaya və 5700 dollar cəriməyə məruz qalıb. Klub həmçinin onun aylıq maaşının 50%-ni tutub.
Qalmaqaldan sonra Markes ictimaiyyətdən və qadın hakimdən üzr istəyib.