Premyer Liqa: Tur Yevlaxda start götürür

  • Bu gün, 10:00

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tur start götürəcək.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

Autsayder "Karvan-Yevlax" son vaxtlar qeyri-stabil çıxışı ilə diqqət çəkən "Sumqayıt"ı qəbul edəcək. Saat 15:00-da başlayacaq matçın baş hakimi Əli Əliyev olacaq.

Hazırda Sumqayıt klubu 31 xalla 6-cı, Yevlax təmsilçisi isə 7 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları 8, 9 və 10 mart tarixlərində keçiriləcək.


Paylaş: