Qran-pridə ilk medal qızıl oldu
Cüdo üzrə Azərbaycan yığması Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə ilk medalını qazanıb.
Sportlife.az xəbər verir ki, 64 kq-da çıxış edən Ruslan Paşayev fəxri kürsüyə qalxıb.
Bütün rəqiblərinə qalib gələn idmançı finalda braziliyalı Ronald Limanı məğlub edərək qızıl medal qazanıb.
Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) isə yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan Qran-pridə 7 cüdoçu ilə təmsil olunur.