Levandovski mövsümün sonunu gözləyir

  • Bu gün, 13:30

"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, polşalı forvard yekun qərarını mövsümün sonunda verəcəyini bildirib:

"Bundan sonra nə etmək istədiyimə qərar vermək üçün özümə təxminən üç ay vaxt verəcəyəm. "Barselona" bizə lazım olan hər şeyi verir və ailəmlə birlikdə burada özümüzü çox rahat hiss edirik".

Qeyd edək ki, 37 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi iyun ayına qədərdir. O, bu mövsüm 32 oyun keçirib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Barselona" hazırda 64 xalla La Liqada turnir cədvəlinə başçılıq edir. "Real" isə 63 xalla ikinci yerdədir.


Paylaş: