Edin Cekodan yeni rekord
"Şalke" 2-ci Bundesliqanın son turunda "Arminiya"nı 1:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, yeganə qolu Edin Ceko vurub. Bosniyalı hücumçu fərqlənən zaman 39 yaş 11 ay 17 günlüyündə olub. Bu isə ona 2-ci Bundesliqa tarixində qol vuran ən yaşlı futbolçu ünvanını qazandırıb.
Ceko "Şalke"yə "Fiorentina"dan azad agent kimi keçib və cari mövsümün sonuna qədər müqavilə imzalayıb.