
Maksim "Qarabağ"da məşqçiliyə başlayır
Ötən mövsümün sonu karyerasını bitirən "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev klubda çalışacaq.
Sportıife.az saytının əldə etdiyi məlumata görə, millimizin sabiq üzvü aşağı yaş qruplarında məşqçiliyə başlayır. O, gələn mövsüm U-14 komandasının baş məşqçisi olacaq.
Xatırladaq ki, Maksim Medvedin oğlu Miroslav Medvedev də bu yaş qrupunda çıxış edir.