Postekoqlundan Harri Keyn açıqlaması

  • 17 Aprel 2024, 16:08

"Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu hücumçu Harri Keynin yayda "Bavariya"ya kuboklar üçün keçdiyini düşünmür.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə İngiltərə mətbuatına danışım.

"O, yeni bir çağırış etmək və özünü başqa çempionatda sınamaq istədiyini deyəndə çox aydın idi. O, uzun müddət eyni komandada idi. O, qərar verməli olduğu vaxt gəldi: komanda adamı ol və ya yeni yerə köç. Düşünmürəm ki, Keyn “Tottenhem”dən "Bavariya"ya kuboklar qazanmaq üçün keçdi”, – deyə Postekoqlu bildirib.

Keyn "Bavariya"ya ötən yay "Tottenhem"dən keçib. Bu mövsüm 30 yaşlı ingilis Almaniya komandasının heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 39 qol vurub, 12 məhsuldar ötürmə edib.


Paylaş: