"Sabah"ın potensial rəqibi kim olacaq?

  • Bu gün, 11:05

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Sportlife.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək püşkatma mərasimində Azərbaycan təmsilçisi "Sabah"ın da potensial rəqibi müəyyənləşəcək.

Səpələnməməmişlər səbətində yer alan Bakı klubunun mümkün rəqibləri aşağıdakılardır:

"Braqa" (Portuqaliya)

"Legiya" (Polşa) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi

AEK (Larnaka, Kipr)- "Partizan" (Serbiya) cütünün qalibi

"Luqano" (İsveçrə)

"Sabah" I təsnifat mərhələsində Sloveniyanın "Tselye" klubunu mübarizədən kənarlaşdırsa, bu komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi "Tselye" ilə ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına bir həftə sonra səfərdə çıxacaq. II raundun görüşləri isə iyulun 24-ü və 31-də keçiriləcək.


Paylaş: