"Zirə" "Şerif"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

  • 10 İyul 2024, 12:18

“Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportlife.az xəbər verir ki, Rəşad Sadıqov 22 futbolçunu sərəncamına daxil edib.

Qapıçılar: Tiaqo Silva, Anar Nəzirov, Səlim Həşimov

Müdafiəçilər: Ruan Renato, Anje Mutsinzi, Stefan Aka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Qismət Alıyev

Yarımmüdafiəçilər: Eldar Quliyev, İsmayıl İbrahimli, Pyer Zebli, Martins Junior, Salifu Suma, Hacıağa Hacılı, Abbas İbrahim, Ceyhun Nuriyev, İssa Cibrilla

Hücumçular: Rüfət Əhmədzadə, Rafael Utziq, Davit Volkov

Qeyd edək ki, “Zirə” “Şerif”ə qarşı ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.


Paylaş: