Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Sportlife.az xəbər verir ki, sənəd qurumun hüquqşünası Tural Alıyev və Kamerun Gimnastika Federasiyasının prezidenti Yekel Enni Flor tərəfindən imzalanıb.
Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.