“Sabah”da GƏRGİNLİK: Klub prezidenti 3 futbolçunu “QARALADI”

“Sabah”da GƏRGİNLİK: Klub prezidenti 3 futbolçunu “QARALADI”

  • 20 Fevral 2019, 12:22

Futbol üzrə Azərbaycan Premyer Liqasının son turlarındakı ardıcıl 2 məğlubiyyət “Sabah”da gərginlik yaradıb.

Sportlife.az xəbər verir ki, son turda "Səbail"lə qarşılaşan və 0:1 hesablı məğlubiyyətlə üzləşən komandada klub rəhbərliyi də işə müdaxilə etmək məcburiyyətində qalıb.

Belə ki, “Bayıl Arena”da baş tutan həmin oyun başa çatandan sonra
klubun prezidenti Maqsud Adıgözəlov komandanın paltardəyişmə otağına yollanıb. O, 3 futbolçuya - Cavid İmamverdiyev, Coşqun Diniyev və Təmkin Xəlilzadəyə öz narazılığını bildirib. Onları zəif oynamaqda günahlandıran Adığözəlov hər kəsdən vəziyyəti düzəltməyi tələb edib.

Bütün bunları bizə kluba yaxın olan etibarlı mənbə deyib.


Paylaş: