Avropa Kuboku: "Qarabağ" mübarizəni dayandırdı

  • 17 Noyabr 2024, 15:36

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını başa vurub.

Sportlife.az xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:19.

Qeyd edək ki, ötən gün baş tutan ilk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.


Paylaş: