Azərbaycanın həndbol hakimləri avrokubok oyununa təyinat aldılar

Azərbaycanın həndbol hakimləri avrokubok oyununa təyinat aldılar

  • 22 Sentyabr 2023, 12:51

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları avrokubok oyununa təyinat alıblar.

Azərbaycan Həndbol Federasiyasından Sporlife.az-a verilən məlumata görə, onlar qadınlar arasında Avropa Kuboku turnirinin ikinci mərhələ matçında ədaləti qoruyacaqlar.

Bu, Türkiyənin “Armada Praksis Yalıkavaspor” klubu ilə Portuqaliya təmsilçisi “ADA do Sao Pedro Sul” arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma sentyabrın 23-də Türkiyənin Bodrum şəhərində yerləşən “Binnaz Karakaya İdman Arenası”nda təşkil olunacaq.


Paylaş: