“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb

  • 2 Dekabr 2024, 09:10

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxıb.

Sportlife.az xəbər verir ki, qarşılaşma rəqibin 38:27 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Kür" Avropa Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, İslandiya təmsilçisi ilk oyundan da qalib ayrılmışdı - 30:25.


Paylaş: