“Mingəçevir”in avtobusu qəzaya uğradı, xəsarət alanlar var

  • 7 Mart 2023, 14:10

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Sportlife.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası öz saytı vasitəsi ilə məlumat yayıb.

Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur. Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.


Paylaş: