Finalda 1100 gün sonra yeni ad

  • 28 May 2025, 14:56

33-cü Azərbaycan Kubokunun finalı həlledici matçdakı debütlə əlamətdar olacaq.

Sportlife.az xəbər verir ki, “Sabah” ilk dəfə finalın iştirakçısı olacaq. Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə “Qəbələ” və “Neftçi”, ötən il isə “Qarabağ” və “Zirə” kubok üçün növbəti cəhdlərini gerçəkləşdirib.

Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl “Qarabağ”la görüşən “Zirə” penaltilərlə uduzub – 1:1, p.3:4.


Paylaş: