
Final öncəsi kütləvi dava düşdü
Konfrans Liqasının finalı öncəsi Vrotslavdakı meydanda “Betis” və “Çelsi” azarkeşləri arasında münaqişə baş verib.
Sportlife.az xəbər verir ki, fanatlar bir-birlərinə restorandan stəkan, butulka və stul atıblar. Hadisə yerinə gələn bir neçə polis məmuru tərəfləri ayırmaq üçün bibər qazından istifadə edib.
Qeyd edək ki,"Betis" və "Çelsi" arasındakı final matçı mayın 28-i saat 23:00 da "Tarçinski Arena"da keçiriləcək.