"İnter"dən 25 milyonluq transfer

  • 28 May 2025, 16:07

"Marsel"in yarımmüdafiəçisi Luis Enrike "İnter"ə keçir.

Sportlife.az xəbər verir ki, klublar 23 yaşlı futbolçunun transferi üçün 25 milyon avroya razılaşıb. Braziliyalı oyunçu Milan klubu ilə 5 illik müqavilə imzalayacaq.

Luis Enrike 2020-ci ildən "Marsel"də çıxış edir. O, geridə qalan mövsümdə bütün yarışlarda 35 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib. 


Paylaş: