
İnzaqi "İnter"dən ayrılır
"İnter"in baş məşqçisi Simone İnzaqi "Əl-Hilal" klubuna rəhbərlik etməyə hazırlaşır.
Sportlife.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 49 yaşlı italiyalıya illik 25 milyon dollar maaş təklif edib. Danışıqların son mərhələsi PSJ ilə Çempionlar Liqası finalından sonra baş tutacaq.
İnzaqi 2021-ci ilin yayından Milan klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda bir dəfə İtaliya çempionu, iki dəfə ölkə kubokunun və üç dəfə Superkubokun qalibi olub.