
Mbappe hamını qabaqladı
"Real"ın hücumçusu Kilian Mbappe 2024/25 mövsümündə komandanın ən yaxşı oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, mövsüm ərzində 26 yaşlı futbolçu İspaniya çempionatında 34 oyun keçirib, 31 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu, ona liqanın bombardiri olmağa imkan verib.
Çempionlar Liqasında 14 oyuna çıxan Mbappe 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya kubokunda 4 oyun keçirib və 2 dəfə fərqlənib.