
Raulun yerinə Arbeloa
"Real"ın gənclərdən ibarət komandası olan "Kastilya"ya yeni baş məşqçi təyin olunub.
Sportlife.az xəbər verir ki, bu vəzifə Alvaro Arbeloaya həvalə edilib.
42 yaşlı mütəxəssis bu postda Raul Qonzalesi əvəzləyib.
Qeyd edək ki, Arbeloa futbolçu karyerasını bitirdikdən sonra "Real"ın akademiyasında çalışıb. O, son illərdə U-19 komandasına rəhbərlik edib.