
"Real" "Arsenal"a rəqib oldu
"Real" və "Arsenal" "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendini transfer etmək üçün mübarizə aparır.
Sportlife.az xəbər verir ki, Madrid təmsilçisinin yeni baş məşqçisi Xabi Alonso ispaniyalının Luka Modriçi əvəz edə biləcəyinə inanır. Buna gorə də 26 yaşlı yarımmüdafiəçini sərəncamında görmək istəyir.
İddiaya görə, "Arsenal” artıq futbolçu ilə razılığa gəlib.
2024/25 mövsümündə Subimendi bütün turnirlərdə 48 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.