
"Real" Bundesliqaya üz tutdu
"Ştutqart"ın yarımmüdafiəçisi Ancelo Ştiller karyerasını "Real"da davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "kral klubu" bu yay daha az ulduz futbolçu transfer etməkdə maraqlıdır. Meydançanın mərkəzini gücləndirmək variantlarından biri də 24 yaşlı almandır.
Ötən mövsüm Ştiller bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 11 məhsuldar ötürmə edib.