Azərbaycan Kubokunun qalibi istefa verəcək

  • 28 May 2025, 17:11

“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov hazırkı komandası “Vorskla”da da çox qalmayacaq.

Sportlife.az xəbər verir ki, tez-tez iş yerini dəyişməklə diqqət çəkən 56 yaşlı mütəxəssis iyunun əvvəlində Ukrayna klubundan ayrılacaq.

Yerli mətbuatda yayılan məlumata görə, Maksimovla klub rəhbərliyi altında keçirilən görüşdə bu barədə razılıq əldə olunub. Komanda bu gün və iyunun 1-də Premyer Liqada qalmaq uğrunda pley-off oyunları keçirəcək. “Kudrivka-Niva” ilə keçiriləcək matçların nəticəsindən asılı olmayaraq, çalışdırıcı komandanı tərk edəcək.

Qeyd edək ki, Maksimov “Vorskla”ya 7 ay əvvəl – 2024-cü ilin oktyabrında baş məşqçi təyin olunub. O, 2017-2018 mövsümündə “Keşlə” ilə Azərbaycan kubokunu qazanıb.


Paylaş: