"Qarabağ"ın qapıçısı şokda

  • 28 May 2025, 15:53

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət olunması haqda danışıb.

Sportlife.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan qolkiper yığmaya çağırıldığı üçün şoka düşdüyünü bildirib:

"Düzünü desəm, bunu gözləmirdim. Məşqçi Anjey Davidyuk mənə zəng etdi. Çox xoş təəccüb içində idim. Hətta şokdayam. Debüt etmək imkanım olsa, şad olardım. Amma təbii ki, bunun nə qədər çətin olacağını bilirəm. Ümid edirəm ki, yalnız məşqdə qapıda durmayacağam. Amma belə olsa da, etiraz etməyəcəyəm".

Qeyd edək ki, Polşa millisi iyunun 6-da Moldova ilə yoldaşlıq, 10-da isə Finlandiya ilə DÇ-2026-nın seçmə mərhələ oyununa çıxacaq.


Paylaş: