Azərbaycanlı məşqçi koronavirusdan vəfat etdi

  • 19 Dekabr 2021, 15:15

Azərbaycanın kikboksinq üzrə məşqçisi Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.

Bu barədə "Report"a Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov məlumat verib.

Onun sözlərinə görə, Abbasov 46 yaşında müalicə aldığı "Yeni Klinika"da vəfat edib.O, 2 həftədən çox süni tənəffüs aparatında olub.


Paylaş: