Millimiz Bolqarıstanla bacarmadı

  • 6 Aprel 2024, 16:50

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

Sportlife.az xəbər verir ki, milli B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviyaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi turnirdə ilk görüşündə Monteneqroya 0:4 hesabı ilə uduzmuşdu.


Paylaş: