Hikmət Hacıyev: "Bu qələbə çəkilən zəhmətin bəhrəsidir" - AÇIQLAMA

  • 3 Aprel 2024, 14:37

Azərbaycan Kikboksinq Fedarasiyası Şimal İdman Kulubunun açıq birinciliyi keçirilib.

Bu barədə Sportlife.az-a kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın, DİN-in İdman Cəmiyyətinin kikboksinq bölməsi üzrə baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev xəbər verib.

"Çətin və maraqlı yarış oldu. Bu qələbə çəkilən zəhmətin bəhrəsidir. Bu turnirdə 22 klubdan 325 idmançı bacarığını göstərdi. Komanda hesabında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti 1-ci yerə layiq görülərək kuboku qazandı. Azərbaycan Kikboksinq Fedarasiyası və Şimal İdman Kulubuna təşəkkür edirəm. Bütün idmançılarımızı isə təbrik edirəm" - deyə Hikmət Hacıyev saytımıza bildirib.

Qeyd edək ki, bununla da, DİN-in İdman Cəmiyyəti ümumilikdə 31-ci kubokuna sahib çıxıb.


Paylaş: